Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Mədəniyyət

07.10.2024 18:50

Şuşa şəhərində oktyabrın 8-9-da İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək.

TodayPress xəbər verir ki, bu barədə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) “X” hesabında məlumat verilib.

Məlumata görə, iclasın keçirilməsində məqsəd üzv dövlətlərin öz tarixi obyekt və mədəniyyət elementlərinin ISESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi ilə bağlı təkliflərin müzakirə edilməsidir.

tag: Şuşa,İslam Dünyası İrs Komitəsi,ISESCO,İclas,todaypress.az,