Süni intellektlə hazırlanan filmlər “Oskar”a namizəd olacaq
ABŞ Kino Akademiyası süni intellekt və digər rəqəmsal alətlərin istifadə olunduğu filmlərin “Oskar” mükafatına namizədliyinə mane olmayacağını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Yeni qaydalara əsasən, bu texnologiyalardan istifadə nə filmin şansını artırır, nə də azaldır.
Qeyd olunur ki, 2025-ci ildə başlıca “Oskar” mükafatlarını qazanan bəzi filmlərdə generativ süni intellektdən, mətn, şəkil, səs və video yarada bilən texnologiyalardan istifadə edilib.
Lakin Akademiya bildirib ki, qaliblər seçilərkən insan faktorunun iştirakı həlledici olaraq qalacaq.
Yeni qaydalara əsasən, Akademiya üzvləri final səsverməsində iştirak etmək üçün bütün namizəd filmlərə baxmalıdırlar.
Qiymət Mahir
tag: Süni İntellekt,Oskar,Filmlər,Namizəd,Todaypress.az,