Stiven Kinqin 1980-ci ildə yazdığı hekayə filmə çevrilir
Mədəniyyət
24.06.2024 21:40
“Dəhşət Kralı” kimi tanınan dünya şöhrətli yazıçı Stiven Kinqin hekayəsi əsasında film çəkilir.
TodayPress xəbər verir ki, “Uzun ayaqlar” filminin rejissoru Osqud Perkins bu dəfə yazıçı Stiven Kinqin 1980-ci ildə qələmə aldığı “Meymun” hekayəsinə müraciət etdiyini açıqlayıb.
Filmdə, bir gün atalarının meymun oyuncağını tapan iki qardaşdan bəhs olunur. Oyuncağın lənətləndiyini öyrənən qardaşlar onu gölə atır və bütün hadisələr bundan sonra başlayır.
50 yaşlı rejissor, “Bu film uşaqların valideynləri ilə birlikdə izləyə biləcəyi bir film olacaq” deyə əlavə edib.
“Meymun” filminin heyətində Teo Ceyms, Tatyana Maslany və İlyas Vud kimi ulduzlar rol alacaq.
Ekran işinin 2025-ci il fevralın 21-də tamaşaçıların ixtiyarına verilməsi gözlənilir.
GÜNEL
tag: Stiven Kinq, Meymun, Film,Osqud Perkins, todaypress.az,