"Şrek"in eşşəyi öldü

Mədəniyyət

05.01.2025 11:29

“Şrek” cizgi filminin qəhrəmanının prototipinə çevrilən 30 yaşlı eşşək Perri ABŞ -də ölüb.

TodayPress xəbər verir ki, bu barədə "Barron Park Donkey Project" təşkilatı "Instagram" sosial şəbəkəsində məlumat yayıb. 

Heyvanın xəstəlikdən sonra yanvarın 2-də tələf olduğu qeyd edilir.

Təşkilat bildirib ki, eşşəkdə laminit - tabut sümüyü ilə dırnaq divarı arasında yerləşən həssas yumşaq toxumanın (lamina) iltihabı olub. 

Qeyd edək ki, birinci hissəsi 2001-ci ildə çıxan “Şrek” cizgi filmi dünya miqyasında kassada 487 milyon dollar gəlir əldə edib. 

tag: Şrek,Cizgi film,ABŞ,Qazanc ,Perri,Todaypress.az,