"Şrek 5” gəlir
Mədəniyyət
10.07.2024 17:34
Ən yaxşı animasiya filmi nominasiyasında “Oskar” mükafatını qazanan "Şrek"in beşinci hissəsinin nümayiş tarixi açıqlanıb.
TodayPress xəbər verir ki, maraqla gözlənilən animasiya filmi 1 iyul 2026-cı ildə təqdim olunacaq.
16 ildən sonra animasiya həvəskarları ilə görüşəcək filmi animator Uolt Dohrn idarə edəcək.
Qeyd edək ki, “Universal Pictures” və “DreamWorks Animation” tərəfindən istehsal olunan “Şrek” filmi ilk dəfə 2002-ci ildə, seriyanın dördüncü filmi olan “Şrek4” isə 2010-cu ildə buraxılıb.
Günəş Mərd
tag: Şrek,Animasiya,Oskar, Film, Uolt Dohrn, todaypress.az,