"Şoqun" serialı rekord qırdı

Mədəniyyət

09.09.2024 16:26

"Şoqun" serialı Emmi Mükafatlarında əsas olmayan kateqoriyalar üzrə 25 nominasiyadan 14-nü qazanaraq rekorda imza atıb.

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yaponiyadakı feodal müharibəsindən bəhs edən serialın komandası “Ən yaxşı montaj”, “Ən yaxşı operator işi”, “Tarixi serialda ən yaxşı kostyum dizaynı”, “Ən yaxşı kaskadyor işi” və s. nominasiyalara görə heykəlciklər götürüb. 

Qeyd edək ki, 76-cı Emmi Mükafatları mərasimi sentyabrın 15-də təqdim ediləcək. 

Günəş Mərd

tag: Şoqun,Emmi Mükafatları,Montaj,Operator,İş,Tarixi,Serial,todaypress.az,