Sıla Türkoğlu ilin ən gözəl qadını seçildi
Mədəniyyət
24.06.2024 21:14
Dünyaca məşhur jurnalın keçirdiyi səsvermədə Sıla Türkoğlu 2024-cü ilin ən gözəl qadını seçilib.
TodayPress xəbər verir ki, dünyaca məşhur sorğu platformalarından biri olan "The Netizens Report" jurnalının keçirdiyi səsvermədə 2024-cü ilin ən gözəl qadını və yaşayan ən yaraşıqlı kişisi açıqlanıb.
Səsvermənin nəticəsinə görə, Sıla Türkoğlu yaşayan ən gözəl aktrisa, Zhang Zhehan isə yaşayan ən yaraşıqlı kişi seçilib. Çinli aktrisa Dilraba Dilmurat ikinci, Hande Erçel üçüncü olub.
Xatırladaq ki, bundan əvvəl dünyanın məşhur internet saytları olan "TC Candler" və "Independent Critics" tərəfindən hazırlanan sorğuda Sıla Türkoğlu dünyanın ən gözəl 100 qadını siyahısına daxil edilib.
GÜNEL
tag: Sıla Türkoğlu, Aktrisa, "Kızılcık Şerbeti", Hande Erçel, todaypress.az,