Sərxoş “Supermen” həbs edildi
Mədəniyyət
29.01.2025 16:00
ABŞ-nin məşhur “Smallville” teleserialında “Supermen” obrazı ilə tanınan amerikalı aktyor Tom Uellinq sərxoş halda avtomobil idarə etdiyi üçün həbs edilib.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Polis Uellinqi restoranın dayanacağında saxlayıb. Yoxlamalar zamanı aktyorun qanında spirt konsentrasiyasının 0,08 faizdən yuxarı olduğu ortaya çıxıb.
Qeyd edək ki, ABŞ-nin bütün ştatlarında belə bir sərxoşluq dərəcəsi ilə avtomobil idarə etmək qadağandır.
Nicat Osman
tag: Film,Supermen,Həbs,Tom Uellinq,Todaypress.az,