Serdar Ortaç tanışlarından pul istədi? - Sənətçi sükutu pozdu

Mədəniyyət

13.06.2024 22:40

 Bu günlərdə maddi sıxıntı çəkdiyini bildirən məşhur Türk pop ulduzu Serdar Ortaçın “WhatsApp” qrupunda tanıdığı insanlardan 500 min türk lirəsi borc istədiyi iddiası gündəmə gəlib.

TodayPress xəbər verir ki, yayılan xəbərlərə sənətçi sosial media hesabında aydınlıq gətirib.

O, “Keçən il “WhatsApp” da bir dostumdan borc istəmişdim. Həmin mesajlarımı tapıb yayımlayırlar. 300 nəfərlik bir qrupda hər kəsdən pul istədiyim xəbərlərinə inanmayın. Əgər kimsə mənim adımdan sizdən pul istəsə qətiyyən inanmayın” deyə bildirib.

 GÜNEL

 

tag: Türkiyə, Pop ulduz, Serdar Ortaç, Sənətçi, todaypress.az,