Selena xəyanət iddialarını yalanladı
Amerikalı müğənni və aktrisa Selena Qomez, sevgilisi Benni Blanko ilə münasibətlərində xəyanət olduğu ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.
TodayPress xəbər verir ki, sosial mediada Benninin aktrisa Edqar Ramirez ilə görüntülərinin yayılmasından sonra cütlüyün münasibətlərində problem olduğu iddia edilib.
Lakin Qomez bu iddialara dərhal reaksiya verərək "Instagram" hekayəsində eyni görüntüləri paylaşaraq münasibətlərində heç bir problem olmadığını nümayiş etdirib.
Qeyd edək ki, Selena Qomez və prodüser Benni Blanko 2023-cü ilin iyun ayından münasibətdədirlər və 2024-cü ilin dekabrında nişanlanıblar.
Türkan İsgəndərli
tag: Selena Gomez,Benny Blanco,Justin Bieber,Xəyanət ,todaypress.az,