Ş.Ələkbərovanın ifa etdiyi daha dörd mahnının erməni musiqisi kimi təqdimatının qarşısı alındı
Mədəniyyət
06.12.2024 15:21
Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılan araşdırma zamanı Şövkət Ələkbərovanın ifasında videolentə alınmış “Töhfə” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)”, “Getmə amandır” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.”, “Yavaş-yavaş” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 12 Şövkət Ələkbərova (rare)” və “Bayram şamları” mahnısının “Armenian music, Caucasian (Torkish languge) Music 13 Şövkət Ələkbərova (rare)” adı ilə erməni musiqi nümunəsi kimi “Youtube”nin “BehrooZ Abshar” səhifəsində yerləşdirildiyi müəyyən edilib.
TodayPress xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
"Müğənni Ş.Ələkbərovanın "Youtube"da əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir.
“Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan yuxarıda qeyd edilən 4 video "Youtube"un “BehrooZ Abshar” səhifəsindən silinib.
Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması "Youtube" rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib" deyə məlumatda bildirilib.
tag: Şövkət Ələkbərova,Musiqi, Töhfə ,İdarəçilik,todaypress.az,