Səhnəmizin divasının "gəlinciy"i satışa çıxarılacaq - FOTO
Mədəniyyət
15.06.2024 13:30
Xalq artisti Aygün Kazımovanın "gəlinciyi" hazırlanıb.
TodayPress xəbər verir ki, Pop kraliça bu haqda ilk dəfə "Zaurla Günaydın" verilişində danışıb. Müğənni gəlinciyin ilk görüntüsünü nümayiş etdirib.
"Satışda fərqli və kiçik forması olacaq. Yanında aksessuarları da yer alır" deyə, ölkənin əsas ulduzu bildirib.
Qeyd edək ki, A.Kazımova ötən il "gəlincik"obrazı ilə fotosessiya etdirmiş və böyük səs-küyə səbəb olmuşdu. (axşam.az)
tag: Səhnə, Diva, Aygün Kazımova, Gəlincik,todaypress.az,