Səhnədə yıxılan Xalq artisti xəstəxanaya yerləşdirildi
Sankt-Peterburqda tamaşa zamanı yıxılan Rusiyanın Xalq artisti Mixail Boyarski döş fəqərələrinin sınığı və əzilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
TodayPress xəbər verir ki, çıxışı zamanı Boyarski büdrəyərək təxminən üç metr hündürlükdən kürəyi üstə yerə düşüb. Həkimlər ona ciddi xəsarətlər, o cümlədən onurğa sınığı diaqnozu qoyublar.
Sənətçinin vəziyyəti stabilləşib, həkim nəzarətindədir.
tag: Sankt-Peterburq,Mixail Boyarski , Xalq Artisti, Xəstəxana,Onurğa Sınığı, todaypress.az,