Səfir: “Meksika ənənələri miqrant rəssamlar tərəfindən tanıdılır”

Mədəniyyət

18.02.2025 17:14

2508

“Miqrant Ürək” adlı sərginin Azərbaycanda nümayiş olunmasını Meksika mədəniyyətini tanıtmaqla yanaşı, həm də miqrasiya mövzusunun qlobal əhəmiyyətinə diqqət çəkir”. 

TodayPress xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero "Miqrant Ürək" adlı səyyar sərginin nümayişində bildirib.  

O qeyd edib ki, sərgi Azərbaycanda ilk dəfə keçirilir: 

“Miqrant Ürək” sərgisi xaricdəki Meksikalılar İnstitutunun dəstəyi ilə baş tutur. Layihə 2021-ci ildə yaradılıb. Bu sərgi ilə Meksikanın parlaq ənənələri miqrant rəssamlar tərəfindən tanıdılır. Ümid edirəm ki, incəsənət sevənlər əsərlərdən zövq alacaq, meksikalıların hisslərini və çağırışlarını anlayacaqlar”. 

Qeyd edək ki, 18 fevral  Milli Azərbaycan Tarixi Muzeyində “Miqrant Ürək” adlı sərgi keçirilib. Sərgi 5 gün davam edəcək. 

Qiymət Mahir

tag: Meksika,Sərgi,Miqrant Ürək,Azərbaycan,Viktoriya Romero,Todaypress.az,