“Saxta Bred Pitt” kimi tanınan 5 nəfər həbs edildi
Mədəniyyət
24.09.2024 10:21
İspaniyada özünü məşhur amerikalı aktyor Bred Pitt kimi təqdim edən beş nəfər həbs edilib.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, onlar iki qadından 325 min avro pul tələb ediblər.
İstintaq zamanı məlum olub ki, cinayətkarlar qurbanları ilə internet vasitəsilə əlaqə saxlayıb, onları şirnikləşdiriblər.
Daha sonra saxta bəhanə ilə təcavüzkarlar qurbanları kommersiya layihələrinə investisiya qoymağa məcbur ediblər.
Hüquq-mühafizə orqanları evlərdə axtarış aparıb və bir neçə mobil telefon, bank kartları, iki fərdi kompüter və fırıldaqçıların qurbanlarını aldatmaq üçün istifadə etdikləri ifadələrin yer aldığı sənədlər ələ keçirib.
Qeyd edək ki, cinayətkarların tutulması əməliyyatı 2023-cü ilin avqustunda başlayıb.
Günəş Mərd
tag: Bred Pitt ,Cinayətkarlar, Qurbanlar ,Kommersiya, İspaniya ,todaypress.az,