Salman Rüşdidən bıçaqlı hücumdan sonra ilk kitab
Məşhur yazar Salman Rüşdi noyabr ayında “On birinci saat” adlı yeni hekayələr toplusunu təqdim edəcək.
TodayPress xəbər verir ki, müəllif kitabda ölüm, qəzəb və sülh kimi mövzulara toxunub.
“On birinci saat” 2022-ci ildə Nyu-Yorkda bıçaqlanandan sonra Buker Mükafatlı yazıçının ilk əsəri olacaq.
Qeyd edək ki, Qeyd edək ki, hind əsilli ingilis yazıçısının 1988-ci ildə yazdığı “Şeytanın ayələri” kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Bu hadisə İngiltərə ilə İran arasında diplomatik münasibətlərin pozulmasına səbəb olub.
Çoxsaylı təhdidlərə görə Salman Rüşdi mühafizə altında yaşamağa məcbur olub və nadir hallarda evdən çıxıb. 1991-ci ilin iyulunda kitabın yapon tərcüməçisi Tokionun şimal-şərqindəki universitetdə öldürülmüş halda tapılıb.
Kitabın italyan tərcüməçisi 1991-ci ildə öz mənzilində bıçaqlanıb, norveçli tərcüməçisi isə 1993-cü ildə Oslodakı evinin yaxınlığında güllələnib, lakin ikisi də sağ qalıb.
Yazıçının özü 2022-ci ildə Livan əsilli Hadi Matar tərəfindən bıçaqlı hücuma məruz qalıb.
Rüşdini bıçaqlayan şəxs "qəsdən adam öldürməyə cəhd"də günahkar bilinib.
Türkan İsgəndərli
tag: Salman Rüşdi,On birinci saat,Hekayələr Toplusu,Kitab,Todaypress.az,