Şakira xəstəxanaya yerləşdirildi

Mədəniyyət

17.02.2025 11:17

Kolumbiyalı müğənni Şakira dünya turu zamanı anidən halı pisləşdiyinə görə Peruda xəstəxanaya yerləşdirilib. 

TodayPress xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Müğənni qarın nahiyəsindəki ağrıya görə təcili yardıma gedib. Həkimlər onu xəstəxanaya yerləşdirməyə qərar veriblər.

Şakira daha sonra pərəstişkarlarına müraciət edib. O, həkimlərin ona tamaşanı ləğv etməyi tövsiyə etdiyini açıqlayıb. Müğənni həmçinin tezliklə xəstəxanadan çıxacağına ümid etdiyini bildirib.

Ümumilikdə, Şakiranın iyunun sonuna qədər qastrol səfəri zamanı Latın Amerikasında 50-yə yaxın konsert verməsi planlaşdırılır.

Töhfə Səməd

tag: Kolumbiya,Müğənni,Şakira,Dünya turu,Xəstəxana,todaypress.az,