Şahzadə Harri və Meqan Markl boşanır?
Mədəniyyət
05.12.2024 19:30
Britaniya şahzadəsi Harri Meqan Markldan boşanma ehtimalı ilə bağlı yayılan şayiələri təkzib edib.
TodayPress xəbər verir ki, o, “The New York Times” (NYT) qəzetinin ev sahibliyi etdiyi sammitdə evliliyi barədə danışıb.
Son aylarda Sussex hersoqu və hersoginyası ictimai tədbirlərdə ayrıca çıxış ediblər. Bu, bir çoxlarının Harri ilə Meqan Markl arasında mübahisənin olduğunu düşünməyə vadar edib.
“Deal Book” Sammitində NYT-nin köşə yazarı Endryu Ross Sorki Harrinin niyə indi Nyu-Yorkda, Meqan Marklnin isə Kaliforniyadakı tədbirdə olduğunu maraqlanıb.
"Siz sadəcə məni dəvət etdiniz" deyə Harri iddiaya zarafatla cavab verib.
Şahzadə qeyd edib ki, mediaya inansaq, onun Meqan Marklla 10-12 ev aldığı və eyni sayda boşandığı ortaya çıxır. Şahzadə Harrinin sözlərinə görə, o, sadəcə olaraq mətbuata fikir verməməyi tövsiyə edib. Eyni zamanda onun ailəsi haqqında yayılan şayiələrə inanan, sonra isə məyus olanlara da yazığı gəldiyini açıqlayıb.
Töhfə Səməd
tag: Britaniya,Harri,Şəhzadə,Meqan Markl,todaypress.az,