Rusiyalı senator Teylor Svifti tənqid etdi

Mədəniyyət

21.06.2024 08:33

Rusiyalı senatoru Aleksey Puşkov amerikalı müğənni Teylor Svifti tənqid edib.

TodayPress xəbər verir ki, senator Telegram kanalında ifaçını bayağılığın təcəssümü adlandırıb.

“Liberallar tərəfindən sevilən Teylor Svift ABŞ-nin bütün dünyaya satdığı müasir Amerika mədəniyyətinin bayağılığının təcəssümüdür” deyə siyasətçi yazıb. Onun sözlərinə görə, müğənni “Time” jurnalı tərəfindən ona görə “İlin Artisti” seçilib ki, o, Amerika prezidenti Co Baydeni və demokratları dəstəkləyir.

Qeyd edək ki, Taylor Svift 2023-cü ildə “İlin Artisit” seçilib. Bununla da o, Rusiya prezidenti Vladimir Putini , Çin prezidenti Si Cinpini, Britaniya kralı III Çarlzı, OpenAI şirkətinin baş direktoru Sem Altmanı və digər namizədləri qabaqlayıb.

 

GÜNEL

tag: Teylor Svift, Aleksey Puşkov, Senator, ABŞ, todaypress.az,