Rusiya Elton Conla bağlı qərar verdi
Rusiya Federasiyasının Baş Prokurorluğu “Elton Con QİÇS fondu”nu “arzuolunmaz” kimi tanıyıb.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, Rusiya hakimiyyəti bu fondun məqsədlərinin daha çox qeyri-ənənəvi cinsi münasibətlərin və Qərb ailə modelinin təbliğinə yönəldiyini iddia edir.
Bundan əlavə, fond Qərbin ölkəyə qarşı yönələn dezinformasiya kampaniyasında iştirak etməkdə ittiham olunur.
Qeyd edək ki, Elton Con 1992-1993-cü illərdə immun çatışmazlığı sindromu ilə yaşayan insanlara dəstək məqsədilə fond yaradıb.
Türkan İsgəndərli
tag: Rusiya,Elton Con,Müğənni,Qərar,Todaypress.az,