Röya Ayxan: "Uşaqlığıma aid bir şəkilim yoxdur ki, oğluma göstərim"
Mədəniyyət
13.06.2024 20:10
Xalq artisti Röya Ayxan həyatı ilə bağlı səmimi açıqlamalar verib.
TodayPress xəbər verir ki, estrada ulduzu bu barədə "Elgizlə izlə" verilişində qonaq olarkən danışıb. Pop kraliça uşaqlıq illərinə aid heç bir şəkilinin olmadığını etiraf edib:
"Redaktorunuz dedi ki, uşaqlıq şəklimi göndərim. Dedim ki, mənim uşaqlıq şəklim yoxdur. Atam-anam ömür boyu boşanmalar, davalar... Ağıllarına gəlməyib ki, bu uşaqların şəklini çəkək, böyüyəndə kiməsə göstərsinlər. Bir şəklim yoxdur ki, oğluma göstərim. Deyim, birinci sinifdə, belə olmuşam, 10 yaşımda belə olmuşam. Bir şəkil var. Anamgil 10 bacıdır, onun üstündə dava edirlər. Biri deyir, mənim uşağımdır, o biri deyir, mənimdir."
tag: Röya Ayxan, Xalq artisti, Boşanma, Estrada ulduzu, todaypress.az,