“Romeo və Cülyetta” filminin ulduzu vəfat etdi
Mədəniyyət
28.12.2024 10:18
Franko Zeffirellinin klassik "Romeo və Cülyetta" filmində rol alan britaniyalı aktrisa Oliviya Hussi 74 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Sənətçinin ölümü ilə bağlı məlumatı yaxınları təsdiqləyib. Onun Miladdan iki gün sonra evdə öldüyünü söyləyirlər. Ölümün səbəbi dəqiqləşdirilməyib.
Hussi 1951-ci il aprelin 17-də anadan olub. O, 50-dən çox filmdə, o cümlədən “Qara Milad” və “Nildə ölüm” filmlərində rol alıb.
Töhfə Səməd
tag: Film, Ulduz ,Oliviya, Milad ,Sənətçi ,todaypress.az,