Robert De Niro fəxri “Qızıl Palma Budağı” alacaq

Mədəniyyət

18.04.2025 11:49

13

Robert De Niro Kann Kino Festivalında Fəxri “Qızıl Palma Budağı” ilə təltif ediləcək. 

TodayPress xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb. 

2025-ci il mayın 13-də Kann Kino Festivalının açılış mərasimində amerikalı aktyor, rejissor və prodüser Robert De Niroya fəxri “Qızıl Palma Budağı” təqdim olunacaq.

Bu mükafat aktyorun kino sahəsində göstərdiyi böyük xidmətlərə görə verilir. Təşkilatçılar bildiriblər ki, bu qərar De Nironun 2011-ci ildə Kann festivalında münsiflər heyətinə sədrlik etməsindən 14 il sonra qəbul olunub. 

Avqustda 82 yaşı tamam olacaq sənətçi indiyədək 140-dan çox filmdə rol alıb. Onun yaradıcılığına “Xaç atası 2” (Frensis Ford Koppola), “Oyanış”, “Şanlı oğlanlar”, “Kazino”, “Taksist” (Martin Skorseze), “Amerikada bir dəfə” (Sercio Leone) kimi kino tarixinin klassik əsərləri daxildir.

Robert De Niro iki dəfə “Oskar” və “Qızıl Qlobus” kimi nüfuzlu mükafatların qalibi olub. 

Qeyd edək ki, 78-ci Kann Kino Festivalının müsabiqə proqramı aprelin 10-da açıqlanıb.

Festival 13-24 may tarixlərində Fransanın Kann şəhərində, Lazür sahilində keçiriləcək. 

Qiymət Mahir

tag: Robert De Niro,Qızıl Palma Budağı,Mükafat,Kann,Todaypress.az,