Riqada Azərbaycan xalçalarının sərgisi açılır
Mədəniyyət
02.11.2024 21:17
Bu gün Latviyanın paytaxtı Riqada “Toxunmuş
nar: Azərbaycanın əzəmətli xalçaları” adlı Azərbaycan xalçalarının sərgisi
açılır.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki,
Riqa Yeni Sənət Muzeyində keçiriləcək və dekabrın sonunadək davam edəcək
sərgidə Azərbaycanın xalçaçılıq ənənələrindən danışılacaq, əl işi olan bir neçə
xalça təqdim ediləcək.
O cümlədən “Azərxalça”nın rəssam Samirə Allahverdiyevanın
əsərləri əsasında toxuduğu xalçalar təqdim olunacaq.
Sərginin əsas motivi Azərbaycan mədəniyyətində bolluq və
birlik rəmzlərindən biri olan nardır.
“Nar təsvirinə Azərbaycanda həm toxunmuş xalçalarda, həm
də müxtəlif sənət əsərlərində çox tez-tez rast gəlinir. Üstəlik, Azərbaycanda
hər il xüsusi “Nar festivalı” keçirilir” Riqa Yeni Sənət Muzeyinin layihə
koordinatoru Yuliya Trofimova bildirib.
Sərgi Azərbaycanın Latviyadakı səfirliyi və “Azərxalça”
şirkətinin əməkdaşlığı ilə təşkil olunub.
tag: Azərbaycan, Mədəniyyət, Azərxalça, Nar , Xalça, todaypress.az,