Rihanna 3-cü dəfə ana olacaq

Mədəniyyət

06.05.2025 18:20

9

Barbadoslu müğənni Rihanna üçüncü övladına hamilə olduğunu açıqlayıb. 

TodayPress xəbər verir ki, o, bu xəbəri "Met Gala" xeyriyyə balında paylaşaraq, qırmızı xalçada hamiləliyini vurğulayan geyimlə çıxış edib.

Rihanna reper həyat yoldaşı "A$AP Rocky" ilə birlikdə tədbirə qatılıb.

Xatırladaq ki, Rihanna 2022-ci ilin mayında ilk övladını dünyaya gətirib və ona reper RZA-nın adını verib. 2023-cü ilin avqustunda isə cütlüyün ikinci oğlu Riot Rose doğulub.

Türkan İsgəndərli

tag: ASAP,Rihanna,Müğənni,Met,todaypress.az,