Rəşad Məcid: "Onları AYB-dən çıxarmaq lazımdır" – EKSKLÜZİV

Mədəniyyət

24.03.2025 15:30

1610

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) 2000 üzvü olmasını düzgün hesab etmirəm, bu say 200 olmalıdır”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bunu TodayPress-ə müsahibəsində deyib.

O, gənc yazıçılar arasında AYB-yə və təşkilatın sədri Anar Rzayevə qarşı narazılıqlardan söz açıb:

“21 ildir Anarla çalışıram. Ondan öncə də uşaqlıqdan Anarın əsərlərini oxumuşam. Azərbaycanın bir neçə nəslinin şüuru, dünya görüşü, mənəviyyatınının formalaşmasında Anarın əsərlərinin misilsiz rolu olub. Onun Ü. Hacıbəyov, C. Məmmədquluzadə, M. F. Axundov, Dədə Qorqud haqqında filmləri milli şüurumuzu inkişaf etdirib. Dərc etdiyi “Qobustan” jurnalının Azərbaycanın ədəbi fikrinə təsirini indi də qeyd edirlər. Bir ara Anarı istəməyən müəyyən qüvvələr var idi ki, şüurlu şəkildə gəncləri Anara qarşı yönləndirirdilər. Bir çoxları sonradan peşman olduqlarını etiraf etdilər. Bəziləri Anarın heç bir əsərini oxumadan, onunla söhbət etmədən, onun necə böyük adam olduğunu bilmədən fikirlər səsləndirirdilər. Çalışmışam ki, zamanla gənclərlə Anarı tanış edim, onun həqiqi dəyərini anlasınlar. İndi belə şeylər az hallarda eşidilir. Anarın Azərbaycan ədəbiyyatında böyük xidmətləri var. Bu səbəbdən gəncləri qınayıram. Anarın əsərlərini oxumaq, onu tanımaq lazımdır. Öz iti beyni, yüksək istedadı, yaşamaq və yaratmaq şövqü ilə Anar bizim gənclərə bərabər enerjiyə malik insandır”. 

AYB-nin üzvlərindən söz açan R. Məcid hesab edir ki, 1800 üzv bu təşkilatdan kənarlaşdırılmalıdır:

“Birliyin 2000 üzvünün olmasını düzgün hesab etmirəm, bu say 200 olmalıdır. AYB-də islahat o zaman olar ki, akreditasiyadan keçirilsin və 1800 üzv təşkilatdan çıxarılsın”.

Qiymət Mahir

tag: Azərbaycan Yazıçılar Birliyi,Rəşad Məcid,Anar Rzayev,Azərbaycan ədəbiyyatı,todaypress.az,