Rasim Balayev toy müğənnilərini "bədbəxt" adlandırdı
Mədəniyyət
26.06.2024 22:16
Xalq artisti Rasim Balayev özünə "sənətkar" deyən toy müğənnilərini "bədbəxt" adlandırıb.
TodayPress xəbər verir ki, “Otaq 9” layihəsində toy müğənnilərini tənqid edən sənətkar, "Toy müğənniləri var ki, sənətdən danışırlar. Sən heç sənətin qapısı haradadır onu görməmisən, ay "bədbəxt". Amma yeri gələndə bu kütlə onu toya çağırır, yarım saatına 5 min verir. Bu da elə bilir ki, "sənətkar"dır. Bunu da televiziya edir. Televiziyanın son 30 ildə pozduğu əxlaqı heç kəs edə bilməzdi" deyə fikrini ifadə edib.
GÜNEL
tag: Rasim Balayev, Xalq artisti, Müğənni, Toy, todaypress.az,