Ramiz Mirişlinin 90 illiyi münasibətilə konsert keçirildi - FOTOLAR
Mədəniyyət
11.06.2024 19:06
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Ramiz Mirişlinin anadan olmasının 90 illiyi münasibətilə konsert proqramı keçirilib.
TodayPress xəbər verir ki, tədbiri çıxış sözü ilə Xalq artisti Sərdar Fərəcov açıb. O, bəstəkarın həyat və yaradıcılığı haqqında tamaşaçılara geniş məlumat verib.
Tanınmış incəsənət xadimlərinin də qatıldığı konsertdə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının İnstrumental heyəti və solistlərdən Xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, Simarə İmanova, Əməkdar artistlər Almaz Orucova, Nuriyyə Hüseynova, Bəyimxanım Vəliyeva, Anar Şuşalı və Taleh Yəhyayev, Ramazan Şərifzadə, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Vəfa Vəzirova, Zabitə Alıyeva, Sərxan Bünyadzadə bəstəkarın unudulmaz əsərlərini ifa ediblər.
Qeyd edək ki, Ramiz Mirişli 2015- ci il aprelin 17 də 81 yaşında vəfat edib.
GÜNEL