Qremmi mükafatlarının siması bəlli oldu
Mədəniyyət
31.01.2025 11:20
Amerikalı məşhur pop ifaçısı Teylor Svift 67-ci Qremmi Mükafatlarının aparıcısı olacaq.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
"Teylor Svift fevralın 2-də 67-ci illik Qremmi Mükafatlarının aparıcısı olaraq iştirak edəcək” məlumatda bildirilib.
Xatırladaq ki, Svift özü 2024-cü ilin fevralında mükafatlar tarixində rekord qıraraq “İlin musiqi albomu” nominasiyasında Qremmi mükafatını qazanıb. Ümumilikdə o, yeddi dəfə bu mükafata namizəd olub.
Nicat Osman
tag: Amerika,Teylor Svift,Mükafat,2024,Todaypress.az,