"Qızıl Qlobus" namizədlərinə 1 milyon dollarlıq hədiyyə

Mədəniyyət

09.01.2025 19:38

Son "Qızıl Qlobus" mükafatlarının bütün nominantlarının və qaliblərinin aldıqları dəbdəbəli hədiyyənin məzmununu açıqlanıb. 

TodayPress xəbər verir ki, bu barədə "Page Six" material dərc edib.

Belə ki, məşhurlara içərisində bir milyon dollar dəyərində hədiyyələr olan "Atlas Bespoke Weekender" çantası verilib. Buraya 48 min dollara şimal işıqlarını görmək üçün şəxsi təyyarə ilə Finlandiyaya səyahət və 60 min dollara İndoneziyada yaxta turu daxildir.

Bundan əlavə, ulduzlara kirayəsi 507 min dollar olan Turks və Kaykos adalarında villada üç günlük istirahət, həmçinin Maldiv adalarında 33,8 min dollara beş günlük istirahət təklif olunub. 

Səyahətlə yanaşı, namizədlərə gözəllik cihazları, o cümlədən "LED" maskalar, "La Prairie" və "Beau Domaine" kimi brendlərin müxtəlif dəbdəbəli dəriyə qulluq məhsulları hədiyyə edilib. Bundan əlavə, onlar xüsusi olaraq tikilmiş "NB44" kostyumu, "NordicTrack" qaçış idman aləti, "Perfumehead" ətri, "Coyuchi" yataq dəstləri, şərab, siqaret və müxtəlif spirtli içkilər alacaqlar.

Töhfə Səməd

tag: Qızıl Qlobus,Mükafat,Çanta,Milyon,Hədiyyə,Tətil,todaypress.az,