“Qızıl qlobus-2026”nın tarixi açıqlandı

Mədəniyyət

26.04.2025 06:41

12

Kino və televiziya dünyasının ən nüfuzlu tədbirlərindən biri olan “Qızıl qlobus” 83-cü dəfə qaliblərini tapmağa hazırlaşır. “Oskar” mükafatının xəbərçisi kimi səciyyələndirilən mükafatlandırma mərasiminin tarixi rəsmən açıqlanıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, mərasim həmişə olduğu kimi, 11 yanvar 2026-cı ildə Beverli Hillsdəki məşhur Beverly Hilton otelində keçiriləcək.

Əvvəlki illərdə olduğu kimi gecənin aparıcılığını məşhur komediya ustası Nikki Qleyzer edəcək.

Mükafata namizəd olacaq adlar 8 dekabr 2025-ci ildə açıqlanacaq.

tag: Kino, Qızıl Qlobus-2026, Oskar, Mikki Qleyzer, Mükafat, todaypress.az,