Qəzənfər Abbasov: "Kaş məni də monopoliyaya qəbul edəydilər"

Mədəniyyət

20.06.2024 21:17

Mən monopoliya və yerlipərəstlik söhbətlərində yoxam. Əgər olsaydım, çox şeylərə nail olardım. Olmamışam, indidən sonra da ola bilməyəcəm”.

TodayPress xəbər verir ki, bu sözləri məşhur xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov “525-ci qəzet”ə müsahibəsində deyib. Musiqi sənətində monopoliya və yerlipərəstliklə bağlı fikirlərini ifadə edən xanəndə:

“Kaş məni də monopoliyaya qəbul edəydilər. Bu tərəfdən yaxşı şeydir. Amma o biri tərəfdən də baxanda adam nifrət edir. Deyirlər ki, filankəs gündə efirdədir, bəs bəhmənkəs niyə görünmür? Bu məsələdə efirlərin də günahı böyükdür... Yaxud qastrollara eyni adamlar gedir. Niyə? O qədər yaxşı xanəndələrimiz var ki... Mən yox, özümü demirəm, söhbət Qəzənfər Abbasovdan getmir... Bir məclisdə idik. Görkəmli xanəndəmiz Vahid Abdullayevdən "Zabul" xahiş etdilər. O da çox gözəl oxudu. Sonra bir başqa xanəndə də "Zabul" oxudu. Vahid oxudu da "Zabul"u, ondan sonra eyni muğamı oxumağın adı var? Sözümün canı odur ki, adamlar özü gərək etika sahibi olsun, öz məsləkdaşının yanında abır-həya eləsin.” deyə  qeyd edib.

 

tag: Xanəndə, Qəzənfər Abbasov, Vahid Abdullayev, "Zabul" seygahı, todaypress.az,