Qazax əsilli Rusiya şairi vəfat etdi
Qazax əsilli Rusiya şairi Baxıt Kenjeyev vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə onun həmkarları “Facebook” social şəbəkəsində məlumat veriblər.
73 yaşlı şair Nyu-Yorkda ağır xəstəlikdən dünyasını dəyişib.
1950-ci ildə Qazaxıstanda anadan olan şair, uşaq yaşlarında ailəsi ilə birlikdə Moskvaya köçüb. 1970-ci illərdə “Moskva vaxtı” şeir dərnəyinin üzvü olan Kenjeyev 1982-ci ildə Kanadaya, 2008-ci ildə ildə isə Nyu-Yorka köçüb.
İlk şeir kitabı 1984-cü ildə ABŞ-da nəşr edilib.
tag: Qazax Əsilli, Rusiya, Baxıt Kenjeyev, Nyu-York, Qazaxıstan, todaypress.az,