Qalmaqallı film 7 “Sezar” mükafatı qazandı
Fransanın paytaxtı Parisdə 50-ci “Sezar” film mükafatlandırma mərasimi keçirilib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, mərasimdə rejissor Jak Audiardın mübahisə doğuran "Emiliya Peres" filmi "Ən yaxşı film" və "Ən yaxşı rejissor" kateqoriyaları da daxil olmaqla yeddi heykəlcik qazanıb.
Film ən yaxşı uyğunlaşdırılmış ssenari, ən yaxşı orijinal musiqi, səs və vizual effektlər və kinematoqrafiyaya görə “Sezar” mükafatlarını alıb.
Qeyd edək ki, "Emiliya Peres" filmi mübahisələrə səbəb olub. Belə ki, Meksika haqqında filmi heç vaxt ölkəyə gəlməmiş fransız rejissor Jak Audiard çəkib və o, ispan dilini “inkişaf etməkdə olan ölkələrin, yoxsulların və miqrantların dili” adlandırıb.
Bu səbəbdən onun filmi sosial şəbəkələrdə irqçi adlandırılıb.
Bundan başqa, filmdəki rolları meksikalılar oynamayıb və ekranda baş qəhrəman Karla Sofia Qaskonu canlandıran aktrisa sosial şəbəkələrdə nifrət dolu paylaşımlarına görə tənqid olunub.
tag: Film,Emiliya Peres,Sezar,Mükafat,Todaypress.az,