Pop əfsanəsi 82 ​​yaşında vəfat etdi

Mədəniyyət

12.04.2025 02:00

6

“The Sunshine of Your Smile” mahnısı ilə tanınan britaniyalı müğənni Mayk Berri 82 yaşında vəfat edib.

TodayPress xəbər verir ki, bu haqda onun meneceri Peter Stockton sosial media hesabında paylaşım edib.

“Dərin kədər hissi ilə hər kəsə bildirməliyəm ki, əfsanəvi Mayk Berri bu səhər dünyasını dəyişdi və ailəsi onun son dəqiqələrində yatağının yanında idi. Mayk 64 illik karyerası olan inanılmaz, istedadlı sənətçi idi. Ümid edirəm ki, o, indi köhnə dostları ilə birlikdə cənnətdədir” deyə o qeyd edib.

Qeyd edək ki, “Tribute to Buddy Holly” və “Don't You Think It's Time” mahnıları ilə də məşhurlaşan britaniyalı ulduz “At You Being Served?” filmində Spooner obrazını canlandırıb.

tag: The Sunshine of Your Smile, Mahnı, Mayk Berri, Ölüm,Tribute to Buddy Holly, todaypress.az,