Polad Bülbüloğlu ikinci Ermitaj Mükafatının laureatı oldu
Mədəniyyət
04.09.2024 16:50
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən təsis edilən ikinci Ermitaj Mükafatının laureatı olub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Tatyana Qolikova məlumat verib.
Mükafatlandırma mərasimi sentyabrın 14-də Dövlət Ermitaj Muzeyində keçiriləcək.
Qeyd edək ki, Ermitaj Mükafatı Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib. O, hər il Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə verilir.