"Pinqvin" tarixin ən yaxşılarından biri seçildi

Mədəniyyət

18.10.2024 17:50

“Pinqvin” (The Penguin) serialının ilk epizodları tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

TodayPress xəbər verir ki, serialda yayımlanan ən son epizod 10 üzərindən 9,5 bal toplayıb və bu onu serial tarixinin ən yaxşılarından biri edib. Digər epizodlar da yüksək balla qiymətləndirilib. 

Qeyd edək ki, irlandiyalı aktyor Colin Farrellin baş rolda oynadığı layihənin dörd seriyası yayımlanıb.    

Xatırladaq ki, səkkiz seriyadan ibarət olacaq ekran əsərini “BluTV”də izləyə bilərsiniz. 

Günəş Mərd

tag: Pinqvin, Colin Farrell, Layihə, Ekran, BluTV, todaypress.az,