Paris Hiltondan sensasion açıqlama: "16 yaşımda zorlandım"
Mədəniyyət
27.06.2024 20:00
Paris Hilton illər sonra verdiyi açıqlama ilə gündəm olub.
TodayPress xəbər verir ki, amerikalı model, iş qadını, DJ və müğənni Paris Hilton cinsi istismara məruz qaldığını etiraf edib. O, 16 yaşında qaldığı rezidensiya mərkəzinin əməkdaşları tərəfindən zorla dərman verildiyini və cinsi istismara məruz qaldığını bildirib.
“The Hill” qəzetinin məlumatına görə, Hilton Nümayəndələr Palatasında keçirilən “Uşaqların rifahının gücləndirilməsi və Amerikanın uşaqlarının qorunması” adlı iclasda çıxış edib.
Hilton uşaq və gənclərin müalicə mərkəzlərinə yerləşdirilməsinin zərərini şəxsi təcrübəsindən bildiyini qeyd edib. Hilton, "İşçilər tərəfindən zorla narkotik qəbul etdim və cinsi zorakılığa məruz qaldım. Ağır təzyiqlərlə üzləşdim, dəhlizlərdə süründüm, lüt soyunduruldum.” Ifaədlərini işlədib.
Ailəsinin də bu prosesdə manipulyasiya edildiyini və aldadıldığını ifadə edən Hilton, “Hal-hazırda səsi olmayan uşaqların səsi olmaq üçün buradayam və bu komitənin onları qorumaq üçün ikitərəfli həll yollarını irəli sürmək məsuliyyəti var” deyə bildirib.
Qəyyumluğa verilən uşaqların uşaq həbsxanaları kimi soyuq müəssisələrdə böyüməsinə icazə verilməməsinin lazım olduğunu vurğulayan Hilton, uşaqlara qarşı bu rəftarın cinayət olduğunu qeyd edib.
GÜNEL
tag: Paris Hilton,Cinsi zorakılıq,Qəyyumluq, Cinayət, todaypress.az,