“Parıltı” ulduzu Şelli Duval 75 yaşında vəfat etdi
“Parıltı”, “Enni Hol” və “Neşvill”
kimi filmləri ilə tanınan amerikalı aktrisa Şelli Duval 75 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, Duvalın
həyat yoldaşı Den Qilroy “The Hollywood Reporter”-a xəbəri təsdiqləyib.
"Əziz, şirin, gözəl həyat
yoldaşım və dostum bizi tərk etdi. Son vaxtlar çox əzab çəkdi, indi o,
azaddır" deyə Qilroy bildirib.
O qeyd edib ki, Şelli
Texasdakı evində şəkər xəstəliyinin ağırlaşması nəticəsində yuxusunda dünyasını
dəyişib.
Nəzrin Cavadzadə
tag: Parıltı, Enni Hol, Şelli Duval,Hollivud, todaypress.az,