Özbək dilinə tərcümə olunan "Qılınc və Qələm" romanı təqdim olundu

Mədəniyyət

13.06.2024 19:30

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng tədbirlərlə davam edir.

Mədəniyyət Nazirliyindən TodayPress-ə verilən məlumata görə, mədəniyyət günlərinin daha bir tədbiri iyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) gerçəkləşib.

Mərkəzdə görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin özbək dilinə tərcümə olunmuş “Qılınc və qələm” kitabının təqdimatı keçirilib.

Tədbirdə Özbəkistanın ədəbiyyatşünas-alimləri, professorlar Nurboy Cabbarov, Abdulla Uluğov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, şair Aqşin Yenisey və Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış ediblər. Çıxışlarda yeni nəşrin əhəmiyyəti qeyd edilib, Nizami Gəncəvinin yaradıcılığından bəhs olunub.

Tədbirdə Nizami Gəncəvinin şeirləri qiraət olunub, qəzəllərindən ibarət muğamlar ifa edilib.

Qeyd edək ki, romanı özbəkcəyə Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov çeviriblər.

GÜNEL

tag: Özbəkistan, Azərbaycan, Nizami Gəncəvi, İlqar Fəhmi, Tarixi roman, todaypress.az,

photo
photo
photo
photo