“Oskar”dan tutmuş “Nobel” mükafatına qədər: 2024-cü il ən yadda qaln mdəniyyət hadisələri hansılardır? - ARAŞDIRMA
Mədəniyyət
01.01.2025 15:35
Dünya gündəmini nə qədər müharibələr və siyasi proseslər zəbt etsə də, mədəniyyət və elm hər zaman öz yerini qoruyub saxlayır.
Ötən il mədəniyyət sahəsində yadda qalan hadisələrdən biri 96-cı “Oskar” mükafatlandırma mərasiminin keçirilməsi oldu.
TodayPress xəbər verir ki, qaliblər 23 nominasiya üzrə müəyyən edildi.
"Ən yaxşı film" nominasiyası üzrə mükafat “Oppenhaymer”ə gedib. Filmin təqdimatı zamanı onun ən böyük rəqibi “Barbi” filmi olub ki, bir çox mütəxxəsis məhz həmin filmin “ən yaxşı” olacağını düşünürdü. Lakin heç də belə olmadı. Kristofer Nolanın “Oppenhaymer” bioqrafik filmi nümayiş olunduqdan sonra ən çox gəlir gətirən ekran əsərlərinin siyahısına daxil olub. Dünya üzrə 727,5 milyon dollardan çox qazanc əldə edərək, 701 milyon dollarlıq ümumi gəliri ötüb. Kai Bird və Martin J.Şervinin 2005-ci il tarixli "Amerika Prometeyi" tərcümeyi-halına əsaslanan film “Manhetten” layihəsinin bir hissəsi kimi ilk nüvə silahlarının hazırlanmasında əsas rol oynayan Amerikalı nəzəri fizikaçı Robert Oppenhaymerin həyatından bəhs edir. Bioqrafik əsər "Ən yaxşı musiqi", "Ən yaxşı orijinal sauntrek" (Lyudviq Qoransson), "Ən yaxşı montaj" (Cennifer Leym) nominasiyalarında da qalib gələrək öz adından bəhs etdirib. "Ən yaxşı aktyor" - Killian Merfi və "Ən yaxşı ikinci plan aktyoru" - Robert Dauni kiçik də məhz bu filmə görə mükafatlara layiq görülüblər.
“Oppenhaymer”in rəqibi “Barbi” mükafatsız qalmayıb. Belə ki, filmdə səslənən “Mən nə üçün yaradılmışam?” “Oskar”ın "Ən yaxşı mahnı" nominasiyasına layiq görülüb.
Bundan başqa, tədbirdə 3 fərqli nominasiya üzrə ulduzu parlayanlar siyahısında “Kasıblar və bədbəxtlər” da var. “Ən yaxşı makiyaj və saç düzümü”, "Ən yaxşı kostyumlar" (Holli Uoddinqton) və "Ən yaxşı istehsal dizaynı" (Şauna Hit, Ceyms Prays) “Oskar”a layiq görülüb.
Ən yaxşı sənədli film nominasiyasında mükafatın qalibi isə ukraynalı rejissor Mstislav Çernovun “Mariupolda 20 gün” əsəri olub. Mükafatlandırma mərasimində rejissor qeyd edib ki, bu, Ukrayna tarixində ilk "Oskar"dır. Film Rusiya-Ukrayna müharibəsinin başlanğıcında Mariupolda "Associated Press" müxbirləri qrupunun işindən bəhs edir. Film əvvəllər “BAFTA” mükafatı və “Amerika Rejissorlar Gildiyası” mükafatını qazanıb.
Digər kataqoriyalar üzrə isə siyahı belədir:
"Ən yaxşı aktrisa" - Emma Stoun ("Bəxtsiz");
"Ən yaxşı xarici film" - "Maraq zonası";
"Ən yaxşı uyğunlaşdırılmış ssenari" - "Amerika fantastikası";
"Ən yaxşı orijinal ssenari" - " Düşmə Anatomiyası " (Anatomie d'une chute);
"Ən yaxşı ikinci plan qadın rolu" - Davayn Coy Randolf ("The Leftovers");
"Ən yaxşı animasiya filmi" - "Oğlan və quş" (Kimitachi wa Dou Ikiru ka);
"Ən yaxşı vizual effektlər" - "Godzilla: Mənfi Bir";
"Ən yaxşı səs" - "Maraq zonası";
"Ən yaxşı qısametrajlı bədii film" - "Henri Şuqarın ecazkar hekayəsi";
"Ən yaxşı qısametrajlı animasiya filmi" - "Müharibə bitdi! Con və Yoko musiqisindən ilhamlanıb";
"Ən yaxşı qısametrajlı sənədli film" - "Son təmir sexi".
Qeyd edək ki, ötən il həmçinin Nobel mükafatçılarının adları bəlli oldu. Hər il 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anma günündə keçirilən mərasimdə mükafatlar öz sahiblərini tapdı. Bu il “Nobel” Sülh mükafatı Yaponiyanın Nihon Hidankyo təşkilatına təqdim edilib. Ədəbiyyat üzrə Han Kang, iqtisadiyyat üzrə Daron Əcəmoğlu, Saymon Conson, Ceyms A.Robinson, fizika üzrə John J. Hopfield, Geoffrey E. Hinton, kimya üzrə David Beyker, Demis Hassabis, Con M. Camper, fiziologiya və ya tibb üzrə Victor Ambros və Gary Ruvkun 2024-cü ilin “Nobel” mükafatı laureatları elan edilib.
Xatırladaq ki, Nobelin vəsiyyətinə uyğun olaraq, “Sülh” mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilir.
Töhfə Səməd
tag: Dünya gündəmi,Oskar,Oppenhaymer,Nobel,Sülh,todaypress.az,