"Oskar"da aparıcı böhranı

Mədəniyyət

31.07.2024 09:33

97-ci "Oskar" mükafatı 2025-ci il martın 2-də təqdim olunacaq. Hansı filmlərin "Oskar" alacağı ilə bağlı artıq söhbətlər başlayıb. Bəs bu mötəbər gecəninin aparıcısı kim olacaq?

TodayPress, "NTV"yə istinadən xəbər verir ki, məlumata görə, amerikalı aktyor Cimmi Kimmel bir daha "Oskar" mərasiminin aparıcısı olmayacağını bildirib. 

Komediyaçı, aktyor Con Mulanın isə aparıcılıq təklifini rədd etdiyi iddia edilir. 

Bundan başqa aparıcılığın 94-cü "Oskar" mükafatlarının təqdimatı zamanı aktyor Uill Smitin səhnəyə çıxaraq üzünə sillə vurduğu komediya ustası Kris Roka təklif edildiyi bildirilir. Ancaq Rokun bu hadisədən sonra təklifi qəbul etməyəcəyi düşünülür.

Gedişat "Oskar" mərasiminin aparıcısız baş tutacağını göstərir. 

Günəş Mərd

tag: Oskar, Mükafat, Cimmi Kimmel,Con Mulan,Mərasim, todaypress.az,