"Oskar"a yeni nominasiya əlavə olunacaq
ABŞ Kino Sənəti və Elmləri Akademiyası "Oskar" "Ən yaxşı kaskadyor işi" nominasiyasını təqdim etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bildirilib ki, bu, akademiyanın 2002-ci ildən sonra əlavə etdiyi ilk yeni nominasiyadır.
Kaskadyorlar, filmlərdə təhlükəli və mürəkkəb hərəkət səhnələrinin icrasında əvəzsiz rol oynayırlar və bu nominasiyanın əlavə edilməsi onların işinin əhəmiyyətini tanımaq məqsədi daşıyır.
Qeyd edək ki, yeni nominasiyasının qaydaları 2027-ci ildə elan olunacaq.
Türkan İsgəndərli
tag: Oskar,Mükafat,Nominasiya,Ən yaxşı kaskadyor,Todaypress.az,