“Oskar” təxirə salınmayacaq
Mədəniyyət
15.01.2025 19:50
“Oskar” mükafatlandırma mərasimi ABŞ-də tüğyan edən meşə yanğınlarına baxmayaraq baş tutacaq.
TodayPress xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Amerika Kino Akademiyasındakı mənbənin sözlərinə görə, tədbirin ləğv olunması ehtimalı hazırda nəzərdən keçirilmir.
Qeyd edək ki, 97-ci “Oskar” mükafatlandırma mərasimi 2 mart 2025-ci ildə baş tutacaq.
Günəş Mərd
tag: Oskar, Mükafat, Mərasim, Kino, Amerika, todaypress.az,