“Oskar” mükafatında yarışacaq filmlərin elan olunma vaxtı dəyişdi
Amerika Kino İncəsənəti Akademiyası “Oskar” mükafatında yarışacaq filmlərin elan olunma vaxtını dəyişib.
TodayPress xəbər verir ki, “Deadlin” portalı yazıb.
Belə ki nominantların elan olunma vaxtı yanvarın 17-dən 19-a keçirilib.
Bu qərara səbəb Koliforniya ştatında baş vermiş meşə yanğınlarıdır.
Qeyd edək ki, “Oskar” kinomükafatının 97-ci təqdim olunma mərasimi martın ikisində təşkil ediləcək, mərasimin aparıcısı komik Konan O’Brayen olacaq.
tag: Oskar ,Mükafat, Amerika, Kino ,todaypress.az,