Ölümdən sonra da pul qazanan məşhurlar

Mədəniyyət

31.10.2024 18:35

Dünyaca məşhur simalar həyatda olmamalarına baxmayaraq sərvətlərini artırmağa davam edirlər. 

TodayPress xəbər verir ki, “Forbes” jurnalı 2024-cü ilin ən çox qazanan vəfat etmiş məşhurlarını açıqlayıb.

Əfsanəvi “The Beatles” qrupunun üzvü 1980-ci ildə vəfat edən Con Lennon 17 milyon dollar gəlirlə siyahıda onuncu yeri tutub. 

Dostlar filminin ulduzlarından olan Metyu Perri 54 yaşında faciəvi şəkildə dünyasını dəyişib. Aktyor, ölümündən sonra da ildə 17 milyon dollardan çox qonorar qazanmağa davam edir. O, siyahıda doqquzuncudur. 

Amerikalı illüstrator və animator Çarlz M.Şulz 30 milyon dollar qazancı ilə siyahıda səkkizincidir. 

Ölümündən 40 ildən çox vaxt keçməsinə baxmayaraq, Bob Marlinin musiqisinə hələ də böyük tələbat var. "Bob Marley: One Love" adlı bioqrafiya filminin nümayişi ilə müğənninin qazancı 34 milyon dollara çatıb. Bu onu siyahıda yeddinci edib. 

2016-cı ildə ölümündən sonra üç albomu çıxan Prince Rogers Nelson 35 milyon dollarla siyahıda altıncı pillədə qərarlaşıb.

“Ocasek” qrupun ən məşhur simalarından olan Rik Ocasek 45 milyon dollarla beşincidir.

1977-ci ildə vəfat edən amerikalı müğənni Elvis Presli 50 milyon dollarla siyahıda dördüncü yeri tutur. 

“Pulitzer” mükafatlı amerikalı uşaq yazıçısı Teodor Seuss Geisel isə bu il 74 milyon dollar qazanaraq üçüncü olub.   

“Queen” qrupunun solisti Freddi Merkyuri dörd ildən sonra ilk dəfə hit-paradlara qayıdıb. O, 250 milyon dollar qazancla siyahıda ikinci yerdədir. 

Pop ikonası Maykl Cekson 600 milyon dollarlıq sərvətlə siyahıda birinci yerdədir. 25 iyun 2009-cu ildə vəfat edən Maykl Ceksonun ölümündən sonra ümumilikdə 3,3 milyard dollar qazandığı təxmin edilir.  

Günəş Mərd

tag: Ölüm, Mükafat, Məşhur Simalar, Con Lennon, Sərvətlər, todaypress.az,