Nolanın yeni filmi gəlir

Mədəniyyət

24.12.2024 09:56

Rejissor Kristofer Nolanın növbəti filmi bəlli olub. 

TodayPress xəbər verir ki, bu barədə "The Hollywood Reporter" yazıb.

Qeyd olunub ki, Nolanın yeni filmi "The Odyssey" adlanır. 

Film Troya müharibəsindən sonra Odisseyin evə səyahətindən bəhs edən, Homerin epik poeması olan "Odisseya"ya uyğunlaşdırılıb.

"The Odyssey" tamamilə yeni IMAX film texnologiyasından istifadə etməklə çəkilmiş mifik döyüş epik filmidir.

"The Odyssey"in nümayişi 17 iyul 2026-cı ilə planlaşdırılır.

Qeyd edək ki, Nolanın on filmi dünya üzrə 6,7 milyard dollardan çox gəlir əldə edib. Ümumilikdə 28 Oskar nominasiyasına namizəd olan filmlər səkkiz müsabiqənin qalibi olub.

Günəş Mərd

tag: Oskar, Nola, Film, Troya, todaypress.az,