Nikolas Keycdən yeni film - Son 10 ilin ən qorxulu filmi
Mədəniyyət
18.06.2024 08:39
Məşhur aktyor Nikolas Keycin yen triller və qorxu filmi “Uzunayaqlar” gələn ay ABŞ-də nümayiş olunacaq.
TodayPress xəbər verir ki, kriminal və qorxu janrlarını özündə birləşdirən film haqqında 9 kino tənqidçisinin rəyləri əsasında “Rotten Tomatoes” portalında 100 bal toplayıb. Ssenari müəllifi və rejissoru Oz Perkinsinin olduğu filmi tənqidçilər yüksək qiymətləndiriblər.
60 yaşlı Keyc filmdə Mayka Monro, Bleyr Andervud, Alisiya Vitt, Mişel Çoy-Li və Dakota Daulbi ilə tərəf müqabili olub.
İyulun 12-də ABŞ-də nümayiş planlaşdırılan filmin İngiltərə v Türkiyədəki nümayiş tarixi hələ məlum deyil.
GÜNEL
tag: Nikolas Keyc,Triller, ABŞ, Alisiya Vitt, todaypress.az,