"Netflix" ulduzu 24 yaşında vəfat etdi

Mədəniyyət

17.02.2025 16:00

1318

"Netflix"-in "Ov itləri" serialının ulduzu, Cənubi Koreyalı aktrisa Kim Sae Ron 24 yaşında vəfat edib.   

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Bildirilib ki, sənətçinin meyiti Seuldakı mənzilində tapılıb. Polis Ronun evində heç bir insident əlamətinin aşkar edilmədiyini bildirib. 

Kim Sae Ronun ilk böyük layihəsi Kann kinofestivalında nümayiş etdirilən “Yeni həyat” filmi olub.

Aktrisa Cənubi Koreyanın 2010-cu ilin ən çox gəlir gətirən filmi olan “Bilinməyən yerdən gələn adam” filmində də rol alıb. 

2022-ci ildə aktrisa sərxoş halda maşın sürdüyü üçün həbs olunub, bundan sonra karyerası geriləməyə başlayıb. Sənətçinin fəaliyyət göstərdiyi agentlik hadisədən sonra Ronun maddi sıxıntı yaşadığını təsdiqləyib. 

Töhfə Səməd

tag: Netflix,Kim Sae Ron,Aktrisa,Ölüm,Todaypress.az,