Nebahet Çehredən Yılmaz Güney filminə qadağa

Mədəniyyət

27.06.2024 22:57

“Çirkin Kral” ləqəbli türk aktyor və rejissoru Yılmaz Güney haqqında çəkiləcək filmin hazırlıqları davam edərkən ilk etiraz sənətkarın birinci həyat yoldaşı, məşhur aktrisa Nebahet Çehredən gəldi.

TodayPress xəbər verir ki, “Posta” qəzetinə verdiyi açıqlamada Nebahet Çehre filmə etiraz edib.

1984- cü ildə dünyasını dəyişən Yılmaz Güneyin həyatından bəhs edən film, sənətçinin ikici həyat yoldaşı Fatoş Güneyin “Şüşələri qırın  quşlar xilas olsun” adlı kitabı əsasında çəkiləcək.

Ekran işində Güneyi İsmail Hacıoğlu canlandıracaq. Nebahet Çehrenin filmlə bağlı etirazı isə adının filmdə çəkilməsi ilə bağlıdır:  “Mən istəsəydim çoxdan film çəkərdim. Çox şey yaşadıq, amma bunların film olmasını istəmirəm. Yaşadıqlarımız bizdə qalsın. Onsuz da Fatoş xanımın bizdən bəhs edəcəyini zənn etmirəm” deyə qeyd edib.

Nebahet Çehrə adının filmdə çəkilməməsi üçün tədbir qərarı aldıracağını da vurğulayıb.

 GÜNEL

 

 

tag: Yılmaz Güney, Aktyor, Rejissor, Nebahet Çehre, todaypress.az,